“Məktəblərdə iqtisdiyyatın tədrisi” çərçivəsində 750 şagird bazar iqtisadiyytaının əsasları ilə tanış olub
30.11.2007, 12:00

Amerikanın “İqtisdiyyatın məktəblərdə tədrisi” maarifləndirici proqramı çərçivəsində 750 şagird bazar iqtisadiyyatının əsasları ilə tanış olub. Bu barədə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) əlaqələndiricisi Skott Teylor cümə günü Bakıda açılan lider müəllimlərin konfransında bəyan edib.

“Adı çəkilən proqram Azərbaycan şagirdlərinə iqtisadiyyat və biznesin əsaslarını daha yaxşı öyrənmək imkanı verdi. Proqramın köməkliyi ilə 230 şagird menecment biliklərinə yiyələib, 750 nəfər bazar iqtisadiyyatı ilə bağlı məlumatlar alıb, 23 şagird isə Azərbaycandakı “Junior Achievement” təşkilatının əməkdaşlıq proqramına cəlb edilib”,- deyə S. Teylor bildirib.

Onun sözlərinə görə, proqram 2000-ci ildən USAID-in maliyyə dəstəyi ilə “Project Harmony” və “Junior Achievement” təşkilatları tərəfindən həyata keçirilir. Proqram çərçivəsində “Junior Achievement” in yerli nümayəndəliyi ora Azərbaycanın 230 məktəbindən 94 şagird  və 380 müəllim cəlb edib.

““Məktəblərdə iqtisadiyyatın tədrisi” proqramı dünyanın 100-dən çox ölkəsində tətbiq olunur və onun Azərbaycan məktəblərində tətbiqi Azərbaycan hökuməti və Təhsil Nazirliyinin dəstəyi sayəsində mümkün olub”,- deyə S. Teylor qeyd edib.

Konfransda Azərbaycanın 26 regionundan 100-dən çox iqtisadiyyat müəllimi, respublika Təhsil Nazirliyinin nümayəndələri, yerli və beynəlxalq təşkilatlar iştirak edir.