| Lider müəllimlər məktəblərdə iqtisadiyyatın tədrisi məsələsini müzakirə edəcək |
| 29.11.2007, 17:29 | |
|
Noyabrın 30-da Bakıda aparıcı müəllimlərin konfransı öz işinə başlayır. Konfrans Project Harmony və Junior Achievement təşkilatlarının ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinın (USAİD) maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi “Məktəblərdə iqtisadiyyatın tədrisi” proqramı çərçivəsində keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə USAİD-in mətbuat xidmətindən məlumat verilib. Konfransda məktəblərdə iqtisadiyyatın və biznesin əsaslarının tədrisi, təhsil prosesində informasiya texnologiyalarından istifadə, eləcə də ABŞ və Azərbaycan məktəbləri arasında əməkdaşlığın inkişaf imkanları və şagirdlərin ixtisas seçimində istiqamətləndirilməsi məsələləri müzakirə olunacaq. İki gün davam edəcək konfransda Aərbaycanın 26 bölgəsindən 100-dən çox iqtisadiyyat müəllimi, Təhsil Nazirliyi, yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. |