BP-Azerbaijan şirkəti Bakı üçün İqtisadi İmkanlar Proqramı çərçivəsində $1 mln. qrant verib
09.11.2007, 16:18

BP şirkəti və onun “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tiflis-Ceyhan”, “Şahdəniz” və “Cənubi Qafqaz boru kəməri” layihələri üzrə tərəfdaşları Bakı üçün İqtijsadi İmkanlar Proqramı (EcOP) çərçivəsində ümumi məbləği $1 mln. olan qrant ayırıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.

"Bu proqramın məqsədi sahibkarlığın inkişafının dəstəklənməsi, yüksək ixtisaslı kadrların təmin olunması hesabına iş yerlərinin açılması və mikro-kreditlərin alınması imkanından ibarətdir. EcOP proqramı 4 layihədən ibarətdir və Bakının Xətai, Səbail və Qaradağ rayonlarındakı bəzi ucqar qəsəbələri əhatə edir ", - deyə mətbuat xidmətindən bildirilir.      

Qrantın ümumi həcmindən $423 min maliyyələşdirmə üzrə xidmətlərin gösərilməsinə görə International Community Assistance International Inc Fonduna veriləcək. Bu proqram çərçivəsində borclar və mikro-kreditlər, eləcə də şəhər, şəhər tipli qəsəbə və kənd sakinlərinin müxtəlif ehtiyacları üçün xüsusi uyğunlaşdırılmış xidmətlər təqdim olunacaq.

$189 min məbləğində qrant peşəkar kadrların hazırlanması üçün “Ümid” Humanitar və sosial yardım Mərkəzinə təqdim olunacaq.  

Junior Achievement Azerbaijan təşkilatına ali məktəblərin tələbələri üçün biznes-planların tərtib olunması üzrə müsabiqələrdə iştirak da daxil olmaqla bisnes və iqtisadiyyat sahəsində kursların keçiirlməsi üçün $151 min məbləğində qrant təqdim olunub. Bu proqramın bir hissəsi kimi bu rayonların sakinlərindən olan sahibkarlar üçün iqtisadi məsələlər və biznesin planlaşdırılması üçün də treninqlər təşkil oluna bilər.

“Mədət” humanitar təşkilatı ictimai birliyinə rabitə və informasiya texnologiyaları sahəsində proqramın həyata keçirilməsi üçün $142 min həcmində qrant ayrılıb. Bu proqram çərçivəsində ali məktəblərin tələbələri, pedaqoqlar və yaşlı əhali üçün avadanlıqlar və  kompyuter kursları təşkil olunacaq. Bunun üçün məktəblərdə yerləşəcək İnternetə çıxışı olan kompyuter mərkəzləri yaradılacaq.

“Azəri-Çıraq” yataqlarının və “Günəşli”  yatağının dərin sulu hissəsinin işlənməsinə dair müqavilə  1994-cü il sentyabrın 20-də imzalanıb və  elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Hazırda layihənin iştirakçıları: “BP” (Böyük Britaniya - 34,1367% - operator),  Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7213%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın  “Inрex Corр.” (10%) və “ITOCHU Oil”  (3,9205%)  “Statoil” ( Norveç 8,5633%) və “TPAO” (Türkiyə 6,75%) şirkətlərdir.

“Şahdəniz” layihəsinin və “Cənubi Qafqaz boru kəməri”nin iştirakçıları: “BP” (operator – 25,5%), “Statoil” (25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), “LUKoil” (10%), “NICO” (10%), “TotalFinaElf” (10%) və “TPAO” (9%) şirkətləridir.

BTC boru kəməri layihəsinin iştirakçıları: “BP” ( iştirak payı 30,1%), ARDNŞ (25%), “Unocal” (8,9%), “Statoil” (8,71%), “TRAO” (6,53%), ENI (5%), “Itochu” (3,4%), “ConocoPhilliрs” (2,5%), “Inрex” (2,5%),  “Total” (5%) və “Amerada Hess” (2,36%) şirkətləridir.