|
Baş prokuror hüquq mühafizəçiləri ilə əməkdaşlıq yollarını müzakirə edib |
|
|
29.07.2010, 18:19 |
|
Azərbaycan Respublikasının Baş prokuroru Baş prokuror Zakir Qaralov Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu barədə cümə axşamı ANS telekanalı bildirib. Hüquq mühafizəçiləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı ilə görüşdə baş prokuror ilk növbədə prokurorluq orqanları ilə hüquq müdafiəçiləri arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etməklə bu əlaqələrin yalnız insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına xidmət etdiyini xüsusi vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən hüquqi islahatların tərkib hissəsi kimi prokurorluq orqanlarının cinayətkarlıqla mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətindəki fəaliyyəti barədə ətraflı məlumat verən baş prokuror ötən illər ərzində qanunazidd əməllərə qarşı təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, vətəndaşların ərizə və şikayətlərinə baxılması işinin Baş Prokurorluğun rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Baş prokuror öz növbəsində həmin məsələlərin nəzarətə götürülməklə qısa müddət ərzində araşdırılacağını və qanunamüvafiq tədbirlər görüləcəyini bildirib. Görüşdə vətəndaşların hüquqlarının qorunması sahəsində əməkdaşlığa dair təkliflər irəli sürülüb, maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
|