|
Ölkənin cənubunda istedadlı tələbələrin üzə çıxarılması üçün layihə həyata keçirilir |
|
|
29.07.2010, 17:27 |
|
“Azərbaycan Tələbə Gənclər” Təşkilatı Birliyi Lənkəranda I və II kurs tələbələri üçün “Liderlər məktəbi” layihəsini həyata keçirir. Bu barədə cümə axşamı “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosundan bildirilib. Layihədə 39 ali məktəbdən 140 tələbə iştirak edir. Layihə çərçivəsində liderlik üzrə təşkilatların yaradılması, ictimaiyyətlə ünsiyyət, layihələrin düzgün yazılması və idarə edilməsinə dair treninqlər keçirilir. Layihənin iştirakçıları vəkillər və siyasi işçilərlə görüşlər keçirəcək, regionun görməli yerləri ilə tanış olacaqlar.
|