|
Azərbaycanda keyfiyyətsiz avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan iki sahibkarlıq subyekti cərimə edilib |
|
|
29.07.2010, 16:43 |
|
Azərbaycanda iki sahibkarlıq subyekti keyfiyyətsiz avtomobil ehtiyat hissələrinin satışına və yoxlamanın aparılmasına mane olduğuna görə cərimə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. “Dövlət Komitəsi işçilərinin ticarət müəssisəsində yoxlama aparmasına imkan vermədiyinə görə “Auto Baku in Grunding” MMC və keyfiyyətsiz avtomobil ehtiyat hissələri satdığına görə fiziki şəxs Vüqar Mirsaliyev cərimələnib”, - deyə məlumatda qeyd edilir. Bununla yanaşı, “Auto Baku in Grunding” MMC-yə ölkəyə avtomobil ehtiyat hissələri gətirmək qadağan edilib. Bu sahibkarlıq fəaliyyəti subyektlərinin hər biri üçün cərimənin məbləği 4 min manat təşkil edir. Komitənin məlumatında bildirilir ki, fiziki şəxs V.Mirsaliyev Komitə əməkdaşlarının birinci rəsmi xəbərdarlığı zamanı göstərilən nöqsanları aradan qaldırmadığına, o cümlədən keyfiyyətsiz avtomobil ehtiyat hissələrinin satışını dayandırmadığına görə cərimə edilib.
|