Valyuta məzənnəsi
USD 0.8038 AZN
EUR 1.0203 AZN
RUR 0.026 AZN
GBP 1.2353 AZN
TRY 0.5297 AZN

Haaqa məhkəməsinin Kosovo ilə bağlı qərarı digər separatist törəmələr üçün presedent yaratmır Print
29.07.2010, 16:26

Haaqa beynəlxalq məhkəməsinin Kosovonun müstəqilliyinə aid qərarı, digər törəmələrin özlərini elan etmələri üçün presedent yaratmır. Bu barədə RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin bəyan edib.

“Biz hesab edirik ki, Haaqada qəbul olunmuş qərarın əhəmiyyətini şişirtməyə ehtiyac yoxdur. Çünki sırf hüquqi nöqteyi-nəzərdən məhkəmə yalnız bir məsələyə baxıb. Kosovonun müstəqillik bəyannaməsini qəbul etmək hüququ var, ya yox?”, - deyə V.Doroxin ANS telekanalına müsahibəsində bildirib.

“O, (Haaqa məhkəməsi) başqa suallara cavab verməyib”, - deyə səfir vurğulayıb.

Bundan əlavə V.Doroxin qeyd edib ki, Haaqa məhkəməsi Kosovo kimi dövlətin yaradılıb yaradılmaması sualına cavab verməyib, “belə bir dövlət yaranıbmı, o mövcuddur və s. Eləcə də o suala da cavab verilmədi ki, dövlətlər onu (Kosovonun müstəqilliyini) tanımalıydılar, ya yox?”. “Çox ehtiyatlı, çox neytral və hüquqi qərar qəbul edilib”, - deyə səfir vurğulayıb.

Lakin rusiyalı səfir belə hesab edir ki, beynəlxalq məhkəmənin qərarında “təəccüblü heç nə yoxdur”. “Bu qərarın başqa interpretasiyası da var. Görünür, bu hələ olacaq. Amma bu (bu qərar –İF-Az) siyasiləşdirilmiş, qeyri-korrekt və yanlış olacaq”, - deyə o söyləyib.

Onun sözlərinnə görə Rusiya öz mövqeyində qalır ki, bu mövqeyə əsasən Kosovo ilə bağlı qərar heç nəyi dəyişmir, heç bir presedent yaratmır. Hansısa separatçı və ya digər fəaliyyətlər üçün heç bir hüquqi əsas vermir”.

 
Azərbaycan Prezidenti İlham Əliyevin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsi

Prezident İlham Əliyev “İnterfaks-Azərbaycan” agentliyinin yaradılmasının 5 illik yubileyi münasibətilə agentliyin kollektivinə təbrik məktubu göndərib.

Prezident-müxbir


Azərbaycanın gələcək prezidentinin “İnterfaks”ın Naxçıvandakı “ştatdankənar müxbiri” işləməsi haqqında

İnterfaksın mətbuat mərkəzi


Mətbuat konfranslarının anonsları


Ətraflı

SON XƏBƏRLƏR

Digər xəbərlərlə tanış olmaq üçün agentliyin xəbər lentasına abunə ola bilərsiniz.
Abunə olmaq



Müəllif hüquqları © “İnterfaks–Azərbaycan” İnformasiya agentliyi, Bakı 2003-2010. Bütün hüquqlar qorunub.
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.
Bakı, İstiqlaliyyət, 31 ● Telefonlar: (99412) 497-35-07, 497-42-93 ● Faks: (99412) 497-42-94 ● E-mail: baku@interfax.az