Valyuta məzənnəsi
USD 0.8038 AZN
EUR 1.0203 AZN
RUR 0.026 AZN
GBP 1.2353 AZN
TRY 0.5297 AZN

Azərbaycan və YUNESKO birgə həyata keçirilən layihələrlə bağlı mühüm planlara malikdir Print
29.07.2010, 16:08

Azərbaycan və YUNESKO birgə həyata keçirilən layihələrlə bağlı mühüm planlara malikdir. Bu barədə prezident İlham Əliyev cümə axşamı YUNESKO-nun yeni baş direktoru İrina Bokovanı qəbul edərkən bəyan edib.

“AzərTAc” dövlət informasiya agentliyinin verdiyi xəbərə görə, İ.Bokovanın YUNESKO-nun baş direktoru seçilməsi münasibətilə təbrik edən İ.Əliyev onun bu yüksək vəzifədə ilk səfərlərindən birini Azərbaycana etməsindən məmnunluq bildirib. O vurğulayıb ki, bu, qarşılıqlı fəal əməkdaşlığa daha da təkan verəcək.

Son zamanlar YUNESKO ilə həyata keçirilən birgə işlərə toxunan dövlət başçısı ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində, İ.Bokova YUNESKO ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlığın olduğunu qeyd edərək rəhbərlik etdiyi təşkilatda YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya hamının çox böyük hörmətlə yanaşdığını deyib. O, Mehriban Əliyevanın mədəniyyət, musiqi, adət-ənənə kimi ən əhəmiyyətli sahələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.

 
Azərbaycan Prezidenti İlham Əliyevin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsi

Prezident İlham Əliyev “İnterfaks-Azərbaycan” agentliyinin yaradılmasının 5 illik yubileyi münasibətilə agentliyin kollektivinə təbrik məktubu göndərib.

Prezident-müxbir


Azərbaycanın gələcək prezidentinin “İnterfaks”ın Naxçıvandakı “ştatdankənar müxbiri” işləməsi haqqında

İnterfaksın mətbuat mərkəzi


Mətbuat konfranslarının anonsları


Ətraflı

SON XƏBƏRLƏR

Digər xəbərlərlə tanış olmaq üçün agentliyin xəbər lentasına abunə ola bilərsiniz.
Abunə olmaq



Müəllif hüquqları © “İnterfaks–Azərbaycan” İnformasiya agentliyi, Bakı 2003-2010. Bütün hüquqlar qorunub.
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.
Bakı, İstiqlaliyyət, 31 ● Telefonlar: (99412) 497-35-07, 497-42-93 ● Faks: (99412) 497-42-94 ● E-mail: baku@interfax.az