Valyuta məzənnəsi
USD 0.8038 AZN
EUR 1.0203 AZN
RUR 0.026 AZN
GBP 1.2353 AZN
TRY 0.5297 AZN

Azərbaycan türk iş adamlarına kənd təsərrüfatı, İT, turizm və xidmət sahələrinə daha fəal şəkildə investisiya qoyuluşları həyata keçirməyi təklif edir Print
29.07.2010, 15:39

Azərbaycan türk iş adamlarına kənd təsərrüfatı, informasiya texnologiyaları, tranzit daşımaları, turizm və xidmət sahələrinə daha fəal investisiya qoyuluşları həyata keçirməyi təklif edir. Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev cümə axşamı Bakıda Azərbaycan-Türkiyə biznes-forumunda bəyan edib.

“Hesab edirik ki, Azərbaycanda mövcud olan yeni sektorlar türk iş adamları üçün cəlbedici ola bilər. Bu, aqrar məhsulların istehsalı, emalı, qablaşdırılması, nəqli də daxil olmaqla kənd təsərrüfatı, informasiya texnologiyaları, Şərqə və Şimala tranzit daşımalar, xidmət və turizm sahələridir”, - deyə nazir çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üçün kifayət qədər həcmli hüquqi baza yaradılıb. Ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün 23 sənəd imzalanıb.

Ş.Mustafayev vurğulayıb ki, hazırda Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, makroiqtisadi sabitlik qorunub saxlanılır, investorlar üçün əlverişli şərait yaradılıb.

“Müstəqillik illərində Azərbaycan iqtisadiyyatına $80 mlrd. məbləğində vəsait qoyulub. Bunun yarısını xarici investisiyalar təşkil edir. 2010-cu ilin I yarısında ölkə iqtisadiyyatına investisiya qoyuluşlarının həcmi 3,8 mlrd.manat təşkil edib. Bunun 3 mlrd. manatı daxili, 800 mln. manatı xarici investisiyalardır”, - deyə o qeyd edib.

Nazir əlavə edib ki, hazırda Cənubi Qafqazın iqtisadi potensialının 75%-i Azərbaycanın hesabına formalaşır.

Bundan əlavə, o deyib ki, Azərbaycan və Türkiyə qarşılıqlı xarici ticarət dövriyyəsini artırmağa çalışmalıdır.

Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan da gələcəkdə qarşılıqlı xarici ticarət dövriyyəsinin həcminin artırılmasına tərəfdar olduğunu bildirib. “Azərbaycan və Türkiyə qarşılıqlı mal dövriyyəsini indiki $2,2 mlrd-dan $5 mlrd-dək artırmaq üçün imkanlara malikdir. Biz öz tərəfimizdən buna nail olmaq üçün iş adamlarına hər cür dəstək göstərməyə hazırıq”, - deyə dövlət naziri qeyd edib.

O əlavə edib ki, türk iş adamları Azərbaycanın regionlarına investisiya qoyuluşlarında maraqlıdır.

Bundan başqa, o, türk iş adamlarını Naxçıvan Muxtar Respublikasının inkişafına daha fəal investisiya qoyuluşları həyata keçirməyə çağırıb.

 
Azərbaycan Prezidenti İlham Əliyevin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsi

Prezident İlham Əliyev “İnterfaks-Azərbaycan” agentliyinin yaradılmasının 5 illik yubileyi münasibətilə agentliyin kollektivinə təbrik məktubu göndərib.

Prezident-müxbir


Azərbaycanın gələcək prezidentinin “İnterfaks”ın Naxçıvandakı “ştatdankənar müxbiri” işləməsi haqqında

İnterfaksın mətbuat mərkəzi


Mətbuat konfranslarının anonsları


Ətraflı

SON XƏBƏRLƏR

Digər xəbərlərlə tanış olmaq üçün agentliyin xəbər lentasına abunə ola bilərsiniz.
Abunə olmaq



Müəllif hüquqları © “İnterfaks–Azərbaycan” İnformasiya agentliyi, Bakı 2003-2010. Bütün hüquqlar qorunub.
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.
Bakı, İstiqlaliyyət, 31 ● Telefonlar: (99412) 497-35-07, 497-42-93 ● Faks: (99412) 497-42-94 ● E-mail: baku@interfax.az