Valyuta məzənnəsi
USD 0.8038 AZN
EUR 1.0203 AZN
RUR 0.026 AZN
GBP 1.2353 AZN
TRY 0.5297 AZN

Azərbaycanda kriminogen vəziyyət nəzarət altındadır Print
29.07.2010, 15:09

 Cari ilin I yarısında cinayətkarlıqla mübarizə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən uğurla davam etdirilib və ötən illərin nailiyyətləri saxlanıb. Daxili işlər naziri Ramil Usubov belə hesab edir.

“Cari ilin I yarısında hüquq-mühafizə orqanları əvvəllər ictimai əsayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində nail olunmuş müsbət səviyyəni saxlamağa davam ediblər”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı nazirliyin daxili işlər orqanlarının cari ilin I yarısında fəaliyyətinə həsr edilmiş müşavirəsində çıxış edən R.Usubova istinadən bildirilib.

“Azərbaycanda kriminogen vəziyyət nəzarət altındadır, cinayətlərin və digər qanun pozuntularının qarşısının alınması, üstünün açılması, zərərçəkənlərin hüquqlarının bərpa edilməsi, o cümlədən vətəndaşların hüquq və təhlükəsizliyinin təmin edilməsi tədbirləri həyata keçirilib”, - deyə o bəyan edib.

Kollegiyada məruzə ilə çıxış edən daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov bu ilin altı ayı ərzində 11375 cinayət hadisəsinin qeydə alındığını deyib.

Nazir müavini qeyd edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə cinayətlərin strukturunda hədə-qorxu ilə tələbetmələr 33,3%, soyğunçuluqlar 26,3%, quldurluqlar 14,8%, qəsdən sağlamlığa ağır zərər vurmalar 2,3%, zorlamalar 2,6 dəfə azalıb.

“Hesabat dövründə adam oğurluğu hallarının qeydə alınmaması yaxşı haldır”, - deyə Vilayət Eyvazov vurğulayıb.

O həmçinin bildirib ki, cinayətlərin açılması ötən ilin analoji dövrü ilə müqayisədə 1,3% yaxşılaşaraq 87,3% təşkil edib.

Vilayət Eyvazov bildirib ki, Bu ilin 6 ayında Azərbaycan daxili işlər orqanları tərəfindən yerli və dövlətlərarası axtarışda olan 1134 nəfər tutulub, tutulanlardan 68 nəfəri MDB və digər xarici ölkələrdə gizlənmiş şəxslər olub. erpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 45 nəfərin və İnterpol xətti ilə digər üzv ölkələrdə axtarılan 21 şəxsin yeri müəyyən edilib.

Hesabat dövründə 383 nəfəri birləşdirən 110 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilib. Həmin dəstələr tərəfindən 391 ağır və xüsusilə ağır cinayət törədilib.

 
Azərbaycan Prezidenti İlham Əliyevin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsi

Prezident İlham Əliyev “İnterfaks-Azərbaycan” agentliyinin yaradılmasının 5 illik yubileyi münasibətilə agentliyin kollektivinə təbrik məktubu göndərib.

Prezident-müxbir


Azərbaycanın gələcək prezidentinin “İnterfaks”ın Naxçıvandakı “ştatdankənar müxbiri” işləməsi haqqında

İnterfaksın mətbuat mərkəzi


Mətbuat konfranslarının anonsları


Ətraflı

SON XƏBƏRLƏR

Digər xəbərlərlə tanış olmaq üçün agentliyin xəbər lentasına abunə ola bilərsiniz.
Abunə olmaq



Müəllif hüquqları © “İnterfaks–Azərbaycan” İnformasiya agentliyi, Bakı 2003-2010. Bütün hüquqlar qorunub.
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.
Bakı, İstiqlaliyyət, 31 ● Telefonlar: (99412) 497-35-07, 497-42-93 ● Faks: (99412) 497-42-94 ● E-mail: baku@interfax.az