|
Azərbaycanın Vergilər Nazirliyi ərazi vergi orqanları tərəfindən vergi ödəyicilərindən daxil olan şikayət və müraciətlərin daha tez və dolğun cavablandırması məqsədini qarşıya qoyur. Bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir. Məlumatda qeyd edilir ki, vergilər nazirinin müavinləri Sahir Məmmədxanov və Sahib Ələkbərov Azəarbaycanın bir sıra qərb rayonlarında vergi orqanlarının 2010-cu ilin I yarısında fəaliyyətinə həsr edilmiş zona müşavirələri keçirblər. “İclaslarda ərazi vergi orqanlarında orqanlarından vergi ödəyicilərinin şikayət və müraciətlərinə baxılmanın cari vəziyyəti, Vergilər Nazirliyinin vəzifəli əməkdaşlarının hərəkətləri ilə əlaqədar daxil olan şikayətlər müzakirə edilib.Həmçinin ərazi vergi orqanlarının əməkdaşlarına vergi ödəyicilərinin şikayət və müraciətlərini daha tez və dolğun cavablandırması tapşırığı verilib, çünki bu bergi orqanlarının qarşısında duran əsas məsələlərdən biridir”, - deyə məlumatda qeyd edilir. Müzakirələr zamanı həmçinin qeyd edilib ki, Azərbaycanda çevik vergi sistemin yaradılıb, vergi inzibatçılığının və qanunvericliyinin təkmilləşdirilməsi prosesi davam edilir, vergi nəzarətinin effektivliyi artırılır, vergi cinayətləri ilə mübarizə tədbirləri gücləndirilir. Bundan əlavə Sahir Məmmədxanov və Sahib Ələkbərov ölkə regionlarında fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüşlər keçiriblər ki, burada vergi sahəsindəki məsələ və problemlər müzakirə edilib. Məlumatda qeyd edilir ki, zona müşavirələri Lənkəran, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Şəkidə keçiriləcək.
|