|
AMB kompüter, şəbəkə və server avadanlığı alır |
|
|
29.07.2010, 11:22 |
|
Azərbaycan Mərkəzi Bankı (AMB) kompüter, server və şəbəkə avadanlığının alınması üçün tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib. Tender elanına əsasən, AMB həmçinin şəbəkənin yaradılması üçün lazımi elektron avadanlığın alınmasını planlaşdırır. AMB avadanlıq təchizatçılarına bir sıra şərtlər irəli sürüb. Bütün mallar Avropa İttifaqının sertifikatına malik olmalıdır, Bakıda təchizatçının servis xidməti fəaliyyət göstərməlidir. Tender şərtlərinə görə, kompüter, şəbəkə və server avadanlığı müvafiq müqavilə imzalandıqdan sonra 45 gün ərzində təchiz olunmalıdır. Tenderin qalibi seçilərkən əsas diqqət maliyyə və texniki amillərə ayrılacaq. Tenderdə iştirak etmək üçün dövlət rüsumu 100 manat təşkil edir. Tender təklifləri 2010-cu il sentyabrın 13-dək qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi sentyabrın 14-də keçiriləcək.
|