|
Türkiyə Azərbaycanla xarici ticarət dövriyyəsini ildə ən azı $5 mlrd-a çatdırmağı nəzərdə tutur |
|
|
28.07.2010, 18:18 |
|
Türkiyə Azərbaycanla qarşılıqlı xarici ticarət dövriyyəsini ildə ən azı $5 mlrd-a çatdırmağı nəzərdə tutur. Bu barədə Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan çərşənbə günü Bakıda jurnalistlərə bildirib. “Məqsədimiz Azərbaycanla iqtisadi əməkdaşlığı, ticarət əməliyyatlarını genişləndirməkdir. Biz həm xarici ticarət dövriyyəsinin, həm də onun strukturunun gələcəkdə genişlənməsində maraqlıyıq. Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi $2 mlrd-ı keçir. Lakin biz bunu kifayət hesab etmirik. Biz xarici ticarət dövriyyəsini ən azı $5 mlrd-a çatdırmaq üçün səy göstərməliyik”, - deyə Z.Çağlayan qeyd edib. O, çərşənbə günü Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişlənməsi perspektivləri müzakirə olunub. Xəbər verildiyi kimi, Z.Çağlayanın başçılıq etdiyi Türkiyə nümayəndə heyəti çərşənbə günü Bakıya gəlib. Nümayəndə heyətinin tərkibinə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100 türk iş adamı daxildir. İyulun 29-da Вakıda Azərbaycan-Türkiyə biznes-forumu keçiriləcək.
|