|
“Aqrolizinq” ASC regional filialların inşası üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Tender çərçivəsində Saatlı, Biləsuvar, Ağcabədi, Neftçala və Qusarda ASC-nin filiallarının inşası nəzərdə tutulur.
Bundan əlavə, tender çərçivəsində Salyanda 800 hektar torpaq sahəsinin suvarılması və Yevlax rayonunda 270 hektar sahənin damcı üsulu ilə suvarılması üçün avadanlığın alınması planlaşdırılıb.
Tender təkliflərinin qiymətləndirilməsində əsas meyarlar bunlardır: ucuz qiymət, mövcud standartlara uyğunluq, müqavilə üzrə işlərin vaxtında yerinə yetirilməsi və yüksək keyfiyyət.
Bütün lotlar üzrə tenderlərdə iştirakın dəyəri 600 manatdır.
Tender təklifləri 2010-cu il sentyabrın 9-dək qəbul olunur. Tender proseduru sentyabrın 10-da keçiriləcək.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabrında təsis edilib.
|