|
Milli təhlükəsizlik naziri Qarabağ probleminin həlli üzrə təsirli beynəlxalq tədbirlərin tərəfdarıdır |
|
|
28.07.2010, 16:05 |
|
Beynəlxalq təşkilatlar Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad olunmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi üzrə ardıcıl tədbirlər görməlidirlər. Bu barədə Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov bəyan edib.
MTN-in İctimai Əlaqələr Mərkəzinin verdiyi xəbərə görə, nazir BMT-nin Azərbaycanda yeni təyin olunmuş Rezident Əlaqələndiricisi Fikrət Akçura ilə görüşdə qonağa Qarabağ münaqişəsinin həlli istiqamətində Bakının göstərdiyi səylər barədə məlumat verib. E.Mahmudov həmçinin MTN-nin BMT ilə narkotiklərin qaçaqmalçılığı ilə mübarizə və beynəlxalq təcrübə mübadiləsinin təşkili çərçivəsində də əməkdaşlığının davam etdirilməsinin vacibliyini vurğulayıb. Öz növbəsində, BMT-nin Rezident Əlaqələndiricisi Azərbaycanın tərəqqisi üçün başlıca təminat olan mövcud ictimai-siyasi sabitliyi yüksək qiymətləndirib.
|