|
Azərbaycan-Nyu-York Assosiasiyasının (ANA) sədri Əli Nəsibovla müsahibə.
Azərbaycanda son zamanlar ABŞ-ın Qarabağ münaqişəsinə münasibətdə siyasətindən narazılıq artır. Siz vəziyyəti necə qiymətləndirirsiniz? Bunu iki ölkə arasında indiyədək strateji hesab edilən münasibətlərdə böhran adlandırmaq olarmı? Mən Azərbaycanın xarici siyasətini tamamilə bölüşürəm. Bakı göstərməlidir ki, Azərbaycan dövləti mövcuddur və onunla hesablaşmaq lazımdır, çünki respublika Avropa, Amerika, bütün dünyanın rifahı üçün, xüsusilə də indiki enerji böhranı şəraitində böyük işlər görür. Ermənistan belə nüfuzla ayaqlaşması üçün nə edə bilər? Buna dair Azərbaycan rəhbərinin düşünülmüş siyasəti nümayiş etdirib ki, Avropa dövlətləri və ABŞ Azərbaycanla hesablaşmalı, Dağlıq Qarabağ probleminə ciddi baxmalıdırlar. Ermənistan-Türkiyə sərhədi açıldığı halda Azərbaycanın nüfuzuna xələl gələcək. Sərhəd məhz Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar olaraq bağlanıb və buna görə də bu işğalın nəticələrinin aradan qaldırılmasından sonra açılmalıdır. Amerika isə Azərbaycanın neft və qazından istifadə etməyə davam edərək, birtərəfli qaydada Ermənistanı dəstəkləyir. Vaşinqton Qarabağ probleminin tezliklə və ədalətlə nizamlanmasında ikimənalı siyasət aparır. Beləliklə də mənim şəxsi fikrimcə, rəsmi Bakının bu problem üzrə siyasəti düzgündür, o, belə də olmalıdır. Azərbaycan bildirib ki, Amerika tərəfindən belə ayrı-seçkiliyin davam etdirilməsi Bakının Vaşinqtonla həmçinin aparıcı enerji və təhlükəsizlik sahələri üzrə strateji əməkdaşlığı məhdudlaşacaq. Amerika belə mövqeyi nəzərə alacaqmı? Düşünürəm ki, başqa yol yoxdur. Vaxtilə Azərbaycan prezidenti Türkiyəyə dəvət edilib, o zamanlar Amerika prezidenti də orada idi. Azərbaycan tərəfi Amerikaya səfərə dəvət edilib, lakin prezident Əliyev sərhəd məsələsində Türkiyəyə təzyiqi görərək və bilərək ki, bu, Qarabağ probleminin həllinə zərər gətirəcək, o, bu səfərdən imtina edib və bununla da göstərib ki, güclü dövlətlər belə Azərbaycanla hesablaşmalıdır. Siz ABŞ-ın belə siyasətini nə ilə əlaqələndirirsiniz? Həqiqətən də erməni lobbisi o qədər güclüdür ki, o hətta Amerikanın milli maraqlarına təsir etməyə qadirdir? Erməni lobbisinin gücünü qiymətləndirərkən bir neçə amili nəzərə almaq lazımdır. İlk növbədə, ABŞ-da böyük erməni diasporu yaşayır. Hər bir prezident, konqresmen və ya senatorun seçici səslərinə ehtiyacı var. Bizə yaxşı məlumdur ki, hər seçki zamanı erməni lobbisi öz səsləri müqabilində namizədlərdən dəstək tələb edir. Onların mövqeləri isə uydurma “soyqırım” məsələsinin lobbiləşdirilməsindən ibarətdir. Hamıya məlumdur ki, ata Buşdan başlayaraq, ABŞ-ın bütün prezidentləri hakimiyyətə gəldikdə “soyqırım”ı qəbul edəcəklərini söz veriblər. Nəticədə isə gələcək inkişaf göstərir ki, ABŞ üçün milli maraqlar erməni tərəfinin maraqlarından vacibdir. Buna görə də onlar seçkilər zamanı “Bəli” deyirlər, lakin Ağ evə gəldikdən sonra görürlər ki, bu, ölkənin maraqlarına ziddir, buna görə də indiyə qədər bu sual havadadır. Konqresin komissiyası tərəfindən “soyqırım” məsələsinin qəbul edilməsi o demək deyil ki, dövlət bunu qəbul edib. Bu uzun çox uzun prosesdir. Biz ümid edirik ki, prezident ermənilər tərəfindən uydurulmuş “soyqırım”ı heç zaman qəbul etməyəcək. Ona görə də erməni lobbisinin gücü əsasən onların seçici səsindədir. Bildiyiniz kimi, ABŞ-ın erməni lobbisi demək olar ki, 200 ildir mövcuddur, o çoxdan rəsmiləşdirilib və əhəmiyyətli maddi imkanlara malikdir, halbuki Azərbaycan diasporunun heç 20 yaşı yoxdur. Bununla belə hələ də “soyqırım” problemi Amerika tərəfindən qəbul edilmir. Amerika heç zaman 70 milyonluq Türkiyə dövlətini 5 milyonluq Ermənistana dəyişməz. Türkiyəyə hansı təzyiqin edilməsindən asılı olmayaraq, Azərbaycan göstərib ki, özünə ziyan olaraq Ermənistan-Türkiyə sərhədinin açılmasına yol verməyəcək. Burada mən Ərdoğanın bu yaxınlarda Ağ evdə söylədiyi və Vaşinqtonda şok yaratdığı sözlərini xatırlatmaq istəyirəm: “Əgər biz sərhədləri açsaq, bu, AKP partiyasının hakimiyyətinin sonu olacaq”. Türkiyə baş nazirinin bəyanatına belə reaksiya təəccüblü deyil. Belə partiyanın Türkiyədə hakimiyyətdən getməsi Amerikanın Orta Şərqdə maraqlarına ziddir, yəni yeni Türkiyə hakimiyyəti ABŞ barəsində öz siyasətini yenidən nəzərdən keçirə bilər. Prezident Obama Amerikanın Azərbaycandakı səfirinin bir il təyin olunmamasından sonra nəhayət, bu vəzifəyə Metyu Brayzanın namizədliyini irəli sürüb. Siz səfirin təyin olunması məsələsinin uzanmasında daxili siyasi məna görürsünüzmü və Brayzanın namizədliyini necə qiymətləndirirsiniz. Belə məsələlərin həlli uzun çəkə bilər. M.Brayzaya gəldikdə isə, o respublikaçıdır, yəni hakim partiyanın nümayəndəsi deyil. Ona görə də onu Azərbaycana səfir təyin etməyə də bilərlər. Yəqin ki, ondan yaxşı namizəd tapmayıblar. Buna görə də mənim fikrimcə, problem məhz bundadır: hələlik Brayzanın təyin edilməsinə “Xeyr” deyə bilmirlər, lakin digərini də təyin edə bilmirlər. Amerikada Azərbaycanla həmçinin enerji sahəsində əməkdaşlığın vacibliyini anlayırlar. Ona görə də hesab edirəm ki, bu problem sırf texniki əhəmiyyətə malikdir və burada Azərbaycana münasibətdə heç bir gizli siyasi səbəb yoxdur.
|