Valyuta məzənnəsi
USD 0.8038 AZN
EUR 1.0203 AZN
RUR 0.026 AZN
GBP 1.2353 AZN
TRY 0.5297 AZN

MƏHSUL VƏ XİDMƏTLƏR 

Azərbaycan haqqında ən aktual informasiya

“Azərbaycan xəbərləri” informasiya lenti “İnterfaks-Azərbaycan” agentliyinin Azərbaycanda mövcud  siyasi, maliyyə-iqtisadi və sosial həyatı, eləcə də dünyada baş verən mühüm və maraqlı   hadisələr haqqında  başlıca operativ çap məhsuludur.

Bizim informasiyamız- ölkədə baş verən ən mühüm və maraqlı hadisələr haqqında «qaynar» xəbərləri, Azərbaycanın  qabaqcıl xadimlərindən, eləcə də  hökumət və  biznes nümayəndələrindən eksklyuziv müsahibələri, ölkənin sənaye müəssisələri və  Azərbaycan ərazisində fəaliyyət göstərən banklar və şirkətlər,   hökumətin  investisiya layihələri və tenderlərlə bağlı  təşəbbüs və tədbirləri  haqqında  hərtərəfli və operativ məlumatları ehtiva edir.

 

Bizi kimlər oxuyur

Bizim informasiyalarımızdan təkcə siyasətçilər və  iş adamları deyil, eyni zamanda aparıcı yerli və xarici kütləvi informasiya vasitələri öz işlərində  yararlanır.

 

Bizə nə üçün etibar edirlər

Bu gün «İnterfaks»ın brendi beynəlxalq birlik tərəfindən informasiyaların doğruluğu, operativliyi və keyfiyyətinin başlıca zəmanətdir. Xəbərlər hazırlanarkən biz “İnterfaks” Qrupunun informasiya standartlarına ciddi şəkildə riayət edirik. Biz yalnız öz informasiya mənbələrimizlə işləyirik. Bizim  nəşrlərimizdə müştərilərimiz üçün vacib və zəruri hesab etdiyimiz, onların  özlərinin  nəticə çıxara biləcəkləri materiallar dərc olunur.

“İnterfaks” xəbərlərində reklama yer yoxdur.

Müştərilərimizin tərciyəsi - “Azərbaycan xəbərləri” informasiya lentidir.  “İnterfaks-Azərbaycan” agentliyinin müştərisi olmaqla siz xəbərlərin federal lenti, sahə və informasiya-analitik çap məhsulları, məlumat bazası, maliyyə bazarının iştirakçıları üçün ixtisaslaşdırılmış  xidmət də daxil olmaqla “İnterfaks” Qrupunun  nəşrləri, məhsulları və xidmətlərinin bütün reyestrindən istifadə etmək imkanı əldə etmiş olursunuz. Onların sırasında  “İnterfaks”ın daha populyar olan məhsulları aşağıdakılardır:

  • «İnterfaks xəbərləri» - “İnterfaks”ın  başlıca məhsulu və ən məşhur nəşri olub real vaxt rejimində çıxır  və Rusiyanın informasiya jurnalistikasının etalonu hesab olunur.  O, həftənin 7 günü və sutkanın 24 saatı MDB ölkələrinin siyasi və iqtisadi həyatında  baş verən hadisələrdən bəhs edir.
  • «Maliyyə-iqtisadi xəbərlər. Tam  versiya» - Bu nəşrə abunə olmaqla  siz əmin ola bilərsiniz ki, iqtisadiyyatla bu və ya digər şəkildə bağlı olan heç bir mühüm hadisəni qaçırmayacaqsınız. Real vaxt rejimində çıxan  “İnterfaks”ın  tam xəbərlər lenti dövlət idarələrinin fəaliyyəti, makroiqtisadiyyat, maliyyə və əmtəə bazarındakı vəziyyət, müxtəlif sahələrdə çalışan şirkətlər haqqında beynəlxalq və regional xarakterli gündəlik 400-dən artıq məlumatı ehtiva edir.  Lentdə siz birja və  birjaxarici bazarların qiymətlərinin göstərildiyi çox sayda informasiya cədvəllərinə  rast gələ bilərsiniz. Bu lent şənbə və bazar günlərindən başqa hər gün çıxır.
  • «Sığorta  şirkətləri üçün xəbərlər» - sığorta şirkətləri üçün ixtisaslaşdırılmış gündəlik informasiya-analitik bülleten olub,  qısa müddət ərzində bu bazarda ən populyar nəşrə çevrilib. Siz burada həm sığorta bazarı və onun iştirakçıları, həm də fövqəladə hallar, şirkətlərin investisiya fəaliyyəti haqqında  məlumatlar tapa bilərsiniz. “İnterfaks” gündəlik bülletenlərlə yanaşı, həftənin mühüm xəbərlərinin məlumat vərəqəsi, eləcə də icmal materiallarının dərc olunduğu eyniadlı həftəlik nəşr buraxır.
  • «Banklar və maliyyə» - həftəlik informasiya-analitik bülleten olub, bank və maliyyə sistemindəki vəziyyət, nizamlayıcı orqanların qərarları və  maliyyə bazarındakı şəraiti təhlil edir.
  • «YEK xəbərləri» - keçmiş SSRİ məkanındakı yanacaq-energetika kompleksində baş  verən bütün əsas hadisələri real vaxt rejimində işıqlandıran operativ informasiya lentidir. Burada həmçinin, neft və qaz hasilatı və ixracı, neft məhsullarının istehsalı və satışı, neftin dünya bazarındakı qiymətlərinin  inkişaf   sxeminə dair şərhlər barədə əsas statistik məlumatlar  dərc olunur. Lentdə gün ərzində 100-dən artıq hadisə işıqlandırılır.

 

Saytda reklam

“İnterfaks-Azərbaycan” İnformasiya Agentliyi Interfax Information Services Beynəlxalq İnformasiya Qrupu strukturuna daxildir və 2003-cü ildən Azərbaycanın siyasi, iqtisadi bazarında fəaliyyət göstərir. Agentliyin müştəriləri sırasında aparıcı kütləvi informasiya vasitələri, teleşirkətlər, nazirlik və idarələr, iri şirkətlər, bank və maliyyə institutları, səfirlik və xarici dövlətlərin nümayəndəlikləri, beynəlxalq təşkilatlar var. Bizim saytın müştərilərinin əksəriyyəti  iqtisadi və siyasi qərarların qəbulunda iştirak edirlər.  Sizə  şirkətinizin banerini bizim agentliyin saytında www.interfax.az. yerləşdirməyi təklif edirik. Yuxarıda deyilənləri nəzərə almaqla, bizim agentliyin saytında baner reklamının yerləşdirilməsi sizin şirkətin ictimaiyyəti öz xidmətləri  barədə daha effektiv məlumatlandırmasına və yeni müştərilər cəlb etməsinə imkan yaradacaq. 

Banner sahəsi:   

 

Qiymət cədvəli: Səhifəmizdə bannerin yayım cədvəli 

Bannerin görünüşü

Piksel ölçülərində

Yayın müddəti

Qiymət,
AZN


Banner sahəsi №1


150 x 100


1 ay


100


Banner sahəsi2 


468 x 60


 
1 ay 


200


Banner sahəsi3 


200 x 100


 
1 ay 


150

 
Azərbaycan Prezidenti İlham Əliyevin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsi

Prezident İlham Əliyev “İnterfaks-Azərbaycan” agentliyinin yaradılmasının 5 illik yubileyi münasibətilə agentliyin kollektivinə təbrik məktubu göndərib.

Prezident-müxbir


Azərbaycanın gələcək prezidentinin “İnterfaks”ın Naxçıvandakı “ştatdankənar müxbiri” işləməsi haqqında

İnterfaksın mətbuat mərkəzi


Mətbuat konfranslarının anonsları


Ətraflı

SON XƏBƏRLƏR

Digər xəbərlərlə tanış olmaq üçün agentliyin xəbər lentasına abunə ola bilərsiniz.
Abunə olmaq



Müəllif hüquqları © “İnterfaks–Azərbaycan” İnformasiya agentliyi, Bakı 2003-2010. Bütün hüquqlar qorunub.
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.
Bakı, İstiqlaliyyət, 31 ● Telefonlar: (99412) 497-35-07, 497-42-93 ● Faks: (99412) 497-42-94 ● E-mail: baku@interfax.az