«İNTERFAKS-AZƏRBAYCAN» İNFORMASİYA AGENTLİYİ “İnterfaks” Beynəlxalq İnformasiya Qrupunun (Interfax Information Services Group) tərkibinə daxil olan “İnterfaks-Azərbaycan” agentliyi 2003-cü ilin mayında təsis olunub. Bu hadisə Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və Heydər Əliyev tərəfindən müsbət qiymətləndirilib. Baş ofisi Bakıda yerləşən agentlik qısa müddət ərzində Azərbaycanın informasiya bazarında liderlər sırasına qatılmaqla respublikanın bütün əsas regionlarını əhatə edən geniş müxbir şəbəkəsi yarada bilmişdir. Agentliyin əsas nəşri Azərbaycan və rus dillərində cıxan, siyasi, maliyyə-iqtisadi və sosial sahələrdə, eləcə də dünyada baş verən mühüm və maraqlı hadisələrdən bəhs edən “Azərbaycan xəbərləri” informasiya lentidir. Agentlik Azərbaycan iqtisadiyyatında,o cümlədən sürətlə inkişaf edən neft-qaz sektorunda cərayan edən hadisələri geniş və ətraflı şəkildə işıqlandırır. «İnterfaks» Qrupu haqqında «İnterfaks» 1990-cı ilin əvvəllərindən Rusiya və MDB haqqında operativ informasiyanın beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas informasiya mənbəyidir. Qrup dünyanın xarici mətbuatda dərc olunan məlumatlara istinadların sayı üzrə informasiya agentlikləri sırasında inamla liderlik edərək, dünyada daha çox istifadə olunan operativ informasiya mənbələri sırasına daxildir. Son illər «İnterfaks» Avropa və Çinin inkişaf etməkdə olan bazarlarından siyasi və maliyyə xəbərlərinin çatdırılmasında aparıcı təchizatçı adını qazanıb. «İnterfaks» Qrupunun strukturu özündə Rusiya, MDB ölkələri, eləcə də Çin və bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ərazilərində fəaliyyət göstərən milli, regional və müəyyən sahələrə aid olan 30-a yaxın informasiya agentliklərinin şəbəkəsini birləşdirir. Qrupun şirkətləri müxtəlif auditoriyalar üçün rus, ukrayna, azərbaycan, qazax, ingilis və alman dillərində 100-dən artıq xüsusi informasiya nəşrləri dərc etdirir, müasir IT texnologiyalarına əsaslanan bir sıra nadir informasiya xidmətləri göstərir. Belə xidmətlərdən biri “SPARK” şirkətlərinə dair Rusiyada ən iri məlumat bazasıdır. «İnterfaks» Qrupları bölməsi analiz və maliyyə bazarının iştirakçıları üçün ixtisaslaşdırılmış xidmətlər sahəsində fəal çalışır. Bu gün dünya reytinq biznesində liderlik edən “Moody's Investors Service”in əməkdaşı olan “Moody's Interfax Rating Agency” Rusiya bazarında reytinq xidmətləri üzrə aparıcı mövqedədir. 2004-cü ildə Qrup özü və ümumilikdə Rusiya bazarı üçün yeni olan kredit tarixlərinin biznes bürosunu fəal inkişaf etdirməyə başlayıb. Bu layihə üzrə “İnterfaks”ın tərəfdaşı dünyada ən iri kredit bürosu olan “Experian” çıxış edib. Onunla paritet əsasda “Eksperian-İnterfaks” (Experian-Interfax) adlı şirkət təsis olunub. «İnterfaks»ın informasiyaları dünyanın aparıcı “Reuters” və “Bloomberg” agentliklərinin informasiya sistemlərinə və bütün ən iri məlumat bazalarına daxil olur. «İnterfaks»ın minlərlə müştəriləri arasında dünyanın aparıcı kütləvi informasiya vasitələri, dövlət və hökumət strukturlar, iri banklar, korporasiyalar, investisiya şirkətləri və fondlar var.
"«İnterfaks»ı possovet məkanında ən dinamik informasiya strukturu hesab edirəm. Sizin müstəqil informasiya agentliyiniz yüksək peşəkarlığı, operativliyi və materialların şərh edilməsində obyektivliyinə görə Rusiyada və onun sərhədlərindən kənarda ən nüfuzlu agentliklərdən biridir". Azərbaycan prezidenti (1993-2003-cü illərdə) Heydər Əliyev "«İnterfaks» informasiya agentliyi dövrümüzün başlıca uğuru olan söz azadlığını təcəssüm etdirir. «İnterfaks»ın xəbərləri həm sahibkarlar, həm siyasətçilər, həm də Rusiya hökumət üzvləri tərəfindən diqqətlə izlənilir. Bu gün mürəkkəb dəyişikliklər dövründə informasiyanın verilməsində qərəzsizlik və peşəkarlıq xüsusilə vacibdir". Rusiya Federasiyasının prezidenti Vladimir Putin "Milli Təhlükəsizlik Nazirliyi kütləvi informasiya vasitələri ilə əlaqələrin möhkəmlənməsinə böyük əhəmiyyət verir və onların vasitəsilə müntəzəm olaraq cəmiyyəti baş verən proseslər barədə məlumatlandırır. Sizin agentliyə mən cəmiyyətin böyük tələbatını və daim sosial maraq dairəsində olmağı arzulamaq istəyirəm. Bütövlükdə isə mən bütün KİV-nə baxışlarının obyektivliyini, qələmin itiliyini və vətəndaşlıq hünərini itirməməyi arzulayıram". Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov "«İnterfaks-Azərbaycan» ən başlıcası oxucu kütləsinin etimad və hörmətini qazanmağa nail olub. Operativlik, səhihlik, yüksək peşəkarlıq – bu layiqli uğurun tərkib hissəsidir. Bu mühüm məziyyətləri ilə yanaşı, «İnterfaks-Azərbaycan» müxtəlif mədəniyyətlər və dinlər arasında özünəməxsus körpü rolunu oynayır, onlar arasında qarşılıqlı anlaşmaya nail olmağa xidmət edir. Müqəddəs həqiqət, xeyirxahlıq və ədalətə söykənərək daim bu nəcib prinsiplərə sadiq qalın!" Qafqaz müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "Müasir cəmiyyət obyektiv informasiyasız yaşaya bilməz. Siyasətin və iqtisadiyyatın bir sıra məsələləri çox sürətlə işıqlandırılır. Bizim həyatımızı təşkil edən və heç də az əhəmiyyətə malik olmayan məsələlər var. Bu, din və mədəniyyətdir. İstərdim ki, dinin və mədəni həyatın problemləri kifayət qədər iri həcmdə və vaxtında işıqlandırılsın. «İnterfaks»a Azərbaycan həyatı haqqında obyektiv informasiyanı bütün dolğunluğu ilə və vaxtında çatdırmaq yolunda uğurlar arzulamaq istərdim". Bakı və Xəzəryanı yepiskopu Aleksandr "Mən bizdə «İnterfaks» kimi şirkətin fəaliyyət göstərməsi ilə yalnız fəxr edə bilərəm. Çünki o, dərc etdiyi informasiyanın operativliyi və yoxlanmış olması ilə məşhurdur. Mən daim sizin bütün informasiya materiallarınızı böyük məmnuniyyətlə oxuyuram. Sizə həmişə belə obyektiv, vicdanlı olmağı arzulayıram; hər şeyi pulun həll etdiyi mürəkkəb bir zamanda bu, asan deyil. Ümid edirəm ki, «İnterfaks-Azərbaycan» agentliyinin əməkdaşları əvvəlki kimi öz təşkilatlarının nüfuzunu ləyaqətlə qoruyacaqlar və biz qəzetlərin səhifələrində sizin reportajlarınızı, yoxlanmış, obyektiv faktlarınızı və müsahibələrinizi oxuyacağıq. Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev
|