|
Prezident İlham Əliyev “İnterfaks-Azərbaycan” agentliyinə təbrik məktubu |
|
|
06.05.2008, 10:45 |
|
““İnterfaks-Azərbaycan” agentliyinin kollektivini yubileyi – agentliyin yaradılmasının 5 illiyi münasibətilə təbrik edirəm”, - deyə məktubda qeyd olunur.
“İnterfaks-Azərbaycan” agentliyi aparıcı milli kütləvi informasiya vasitəsi olmaqla yanaşı, həm də ölkəmiz haqqında obyektiv informasiya mənbəyinə çevrilib. Bu gün dünyanın müxtəlif ölkələri Azərbaycan, bizim davamlı inkişafımız, dövlətimizin müdafiə qabiliyyətinin möhkəmlənməsi haqqında, ölkə rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətindəki səyləri və digər məlumatları “İnterfaks”ın kanalları vasitəsilə əldə edir. Yüksək peşəkarlıq və qərəzsiz yanaşma “İnterfaks-Azərbaycan” agentliyinin kollektivinə ölkə haqqında obyektiv informasiyanın yayılması istiqamətində yeni vacib vəzifələri reallaşdırmağa kömək edir. Bu 5 il ərzində agentlik Naxçıvan və Gəncədə müxbir məntəqələri açıb. Əminəm ki, sizin fəaliyyətiniz bundan sonra da Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və ölkədə baş verən proseslər haqqında həqiqətlərin yayılmasına xidmət edəcək Yubileyiniz münasibətilə sizi bir daha təbrik edir, sizə can sağlığı və uğurlu fəaliyyət arzulayıram”, - deyə İ.Əliyev bildirib.
|