Valyuta məzənnəsi
USD 0.8036 AZN
EUR 1.0457 AZN
RUR 0.0266 AZN
GBP 1.2555 AZN
TRY 0.5314 AZN

Lider müəllimlər məktəblərdə iqtisadiyyatın tədrisi məsələsini müzakirə edəcək Print
29.11.2007, 17:29

Noyabrın 30-da Bakıda aparıcı müəllimlərin konfransı öz işinə başlayır.

Konfrans Project Harmony və Junior Achievement təşkilatlarının ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinın (USAİD) maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi “Məktəblərdə iqtisadiyyatın tədrisi” proqramı çərçivəsində keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə USAİD-in mətbuat xidmətindən məlumat verilib.

Konfransda məktəblərdə iqtisadiyyatın və biznesin əsaslarının tədrisi, təhsil prosesində informasiya texnologiyalarından istifadə, eləcə də ABŞ və Azərbaycan məktəbləri arasında əməkdaşlığın inkişaf imkanları və şagirdlərin ixtisas seçimində istiqamətləndirilməsi məsələləri müzakirə olunacaq.

İki gün davam edəcək konfransda Aərbaycanın 26 bölgəsindən 100-dən çox iqtisadiyyat müəllimi, Təhsil Nazirliyi, yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

 
Azərbaycan Prezidenti İlham Əliyevin “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsi

Prezident İlham Əliyev “İnterfaks-Azərbaycan” agentliyinin yaradılmasının 5 illik yubileyi münasibətilə agentliyin kollektivinə təbrik məktubu göndərib.

Prezident-müxbir


Azərbaycanın gələcək prezidentinin “İnterfaks”ın Naxçıvandakı “ştatdankənar müxbiri” işləməsi haqqında

İnterfaksın mətbuat mərkəzi


Mətbuat konfranslarının anonsları

Ətraflı

SON XƏBƏRLƏR

Digər xəbərlərlə tanış olmaq üçün agentliyin xəbər lentasına abunə ola bilərsiniz.
Abunə olmaq



Müəllif hüquqları © “İnterfaks–Azərbaycan” İnformasiya agentliyi, Bakı 2003-2010. Bütün hüquqlar qorunub.
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.
Bakı, İstiqlaliyyət, 31 ● Telefonlar: (99412) 497-35-07, 497-42-93 ● Faks: (99412) 497-42-94 ● E-mail: baku@interfax.az